“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ BAŞ REDAKTORUNUN KASSASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Bu gün (18 yanvar) Ali Məhkəmədə hakim Günəş Xudaverdiyevanın  sədrliyi ilə “Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktoru Məmməd Əhmədoğlunun kassasiya şikayətinə baxılıb. Ali Məhkəmə kassasiya şikayətinin təmin edilməməsinə qərar verib.

Xatırladaq ki, Mətbuat Şurası  “Korrupsiya və Cəmiyyət” jurnalını “reket mətbuat” siyahısına daxil etdiyi üçün M.Əhmədoğlu, Mətbuat Şurasının təkzib verərək üzr istəməsi və dəymiş maddi ziyana görə 4.000 (dörd min) manat, mənəvi ziyana görə 100000 (yüz min) manat ödəməsi barədə iddia qaldırmışdı. 30 iyun 2009-cu il tarixdə Binəqədi rayon Məhkəməsi iddianın təmin edilməməsi barədə qərar çıxarmış və Bakı Apellyasiya Məhkəməsi 16 sentyabr tarixində baş redaktorun apellyasiya şikayətinin  təmin olunmamasına qərar vermişdi.

Qeyd edək ki,  “Korrupsiya və Cəmiyyət”  jurnalı 2005-ci ilin oktyabr ayında  fəaliyyətə başlayıb. 2-3 ayda bir dəfə dərc olunan jurnal Mətbuat Şurası tərəfindən “reket” elan olunduqdan sonra mətbəələr çap etmədiyinə görə, nəşrini dayandırmaq məcburiyyətində qalıb. 

Previous Post

“MOZALAN” JURNALININ MƏTBUAT ŞURASINA QARŞI İDDİASINA ƏSASƏN MƏHKƏMƏ PROSESİ KEÇİRİLİB

Next Post

MİRZƏ SAKİT ACLIQ AKSİYASINI DAVAM ETDİRİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.