MİRZƏ SAKİTİN HƏKİM MÜAYİNƏSİNDƏN KEÇDİYİ BİLDİRİLİR

“Azadlıq” qəzetinin əməkdaşı, həbsdə olan jurnalist satirik Mirzə Sakit aclıq aksiyasını dayandırıb.

Bu haqda səhər saatlarında  RATİ-yə məlumat verən Penitensiar Xidmətin məsul işçisi Elçin Cəfərov şöbəyə aclığın dayandırması haqıında ərizənin dünən (28 yanvar) daxil olduğunu söyləyib. Cəfərovun sözlərinə görə, Sakit öz ərizəsində qeyd edib ki, səhhətilə bağlı problemlərin həll olunacağı ona söz verildiyindən aclığı dayandırır.  Cəfərov vurğulayıb ki, bu gün jurnalistin müayinəsi üçün yanına həkim heyəti göndəriləcək: “Əgər həkimlər jurnalistin səhhətində ciddi problemlərin olduğunu təsdiqləyərsə, o zaman M. Sakit müalicə müəssisəsinə köçürüləcək”.
Saat 17.00 radələrində RATİ-nin əməkdaşları 14 saylı Cəzaçəkmə müəssissəsinin rəisi Ərşad Həsənovla əlaqə saxlayıb. Həsənovun sözlərinə görə, bu gün həkim heyəti Mirzə Sakitin yanına gəlib və onu müayinə ediblər. Rəisin sözlərinə görə, Sakitin səhhətində ciddi problemlər aşkar olunmayıb. Həsənov Sakitin müalicə müəssissəsinə köçürülüb- köçürülməyəcəyi barədə sualımızı cavablandırmaqdan imtina edib: ”Mən bunu bilsəm də, sizə deyə bilmərəm”.
RATİ məsələni dəqiqləşdirmək üçün 19:30 radələrində yenidən Penitensiar Xidmətlə əlaqə saxlayıb. Bildiriblər ki, Sakitin həkim müayinəsindən keçməsi ilə bağlı onlarda heç bir məlumat yoxdur. Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin müalicə müəssissəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərə cavab verilməyib.

Previous Post

ZAHİDOVUN VƏKİLİNİN VƏSATƏTİ TƏMİN OLUNMADI

Next Post

SÜLEYMANOVA “ÇAP EVİ” NƏŞRİYYATINDA APARILAN YOXLAMALARI ARAŞDIRIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.