ZAHİDOVUN VƏKİLİNİN VƏSATƏTİ TƏMİN OLUNMADI

Bu gün Yasamal rayon məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun məhkəmə prosesi keçirilib.

Bu haqda RATİ-yə məlumat verən vəkil Elçin Sadıqov bildirdi ki, prosesdə ilkin olaraq ittiham aktında göstərilən şahidlər dindirilib. Hadisə günü Nəşriyyatın qapısında növbədə olan polis öz ifadəsində bildirdi ki, “bu hadisədən əvvəl Nəşriyyatda Q. Zahidovla bağlı heç bir problem yaşanmayıb. Hadisənin baş verdiyi gün isə Q.Zahidov Nəşriyyata girəndə onun pencəyinin arxası cırıq idi. O, yalnız çöldə dalaşdığını dedi”.   Hadisə zamanı Yasamal rayon 28-ci polis bölməsində növbətçi şəxs olan İbrahim Mustafayev ifadəsində bildirib ki, “V.Həsənov hadisə haqqında özü gəlib ifadə verib. Mən ondan tək gedə biləcəyini soruşanda onun mənə cavabı müsbət oldu oldu və o, özü çıxıb getdi”. Məkəmə zamanı vəkil Elçin Sadıqov qeyd edib ki, Sevgiladə Quliyeva uzun müddət axtarışda olub. V.Həsənov isə öz çıxışlarında uzun müddət polis orqanlarında işlədiyini vurğulayıb. Bunları əsas tutan Sadıqov bu şəxslərin polislə əlaqələrinin olub-olmamasının araşdırılması haqqında vəsatət qaldırıb. Hakim vəsatəti təmin etməyib.  Vəkil öz çıxışında vurğulayıb ki, ittiham aktında V.Həsənovun xəstəxanaya gəldikdən sonra onunla danışmağın mümkün olmadığı qeyd olunub. Lakin bu şahid ifadələrinə ziddir. Növbəti məhkəmə prosesi 31 yanvar saat 11:00-a təyin edildi. 
Previous Post

“YENİ MÜSAVAT” QƏZETİNİN QİYMƏTİ BAHALAŞIR

Next Post

MİRZƏ SAKİTİN HƏKİM MÜAYİNƏSİNDƏN KEÇDİYİ BİLDİRİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.