
Bu barədə RATİ-yə məlumat verən M. Sakitin həyat yoldaşı Rəna Zahidova bildirib ki, jurnalist müraciətdə cəzaçəkmə müəssisələrində baş alan korrupsiya hallarına son qoyulmasını tələb edir. R. Zahidovanın sözlərinə görə, M. Sakit bu müraciətə qoşulmaları üçün digər cəzaçəkmə müəssisələrində cəza çəkən siyasi məhbuslara da xəbər göndərib.
R. Zahidova onu da bildirib ki, M. Sakit hüquq müdafiəçisi Leyla Yunusun Daxili İşlər Naziri Ramil Usubov tərəfindən məhkəməyə verilməsini pisləyir.