Bu gün (14 yanvar) “Gündəlik Azərbaycan” və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktoru Eynulla Fətullayev valideynləri ilə telefon əlaqəsi yaradıb.
Bu barədə RATI-yə jurnalistin atası Emin Fətullayev məlumat verdi: "Eynulla vəziyyətinin yaxşı olduğunu və səhhətində heç bir problemin olmadığını dedi. O yaxın günlərdə ABŞ, İngiltərə, Yaponiya, Almaniya, İngiltərədən 200-ə yaxın açıqca və dəstək məktublarını alıb. Ona İngiltərədən bir qrup gəncin ünvanladığı məktubda isə deyilir ki, “Biz gənclərin məktəblərdə tədris olunan vicdan məhbuslarına dair dərsliyindən sizin söz azadlığı uğrunda apardığınız mübarizədən xəbərdarıq və bu məktubla sizə dəstək olduğumuzu bildiririk”.
Xatırladaq ki, E. Fətullayev 2007-ci il aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Sonradan terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da ona əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə 8 il 6 ay həbs cəzası verilib.