PENİTENSİAR XİDMƏT SAKİTİN ACLIĞI DAYANDIRDIĞINI BİLDİRİR

leftƏdliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən RATİ-yə verilən məlumata görə həbsdə olan “Azadlıq” qəzetinin əməkdaşı, jurnalist satirik Mirzə Sakit aclıq aksiyasını dayandırıb.

O da bildirildi ki, M. Sakitin müalicə müəssisəsinə köçürülməsi məsələsinə yenidən baxılacağı üçün jurnalist bu addımı atıb.      Məsələni dəqiqləşdirmək üçün RATİ-nin əməkdaşı jurnalistin saxlanıldığı 14 saylı Cəzaçəkmə müəssisəsinin rəisi Ərşad Həsənovla əlaqə saxlayıb. Həsənov hər hansı məlumat verməkdən imtina edərək dəstəyi asıb.Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova isə RATİ-yə bildirib ki, o həyat yoldaşının aclıq etməsinə əmindir. Zahidovanın sözlərinə görə, bu gün 14 saylı Cəzacəkmə müəssisəsində olmuş  bir şəxs (adının çəkilməsini istəməyib) ona bildirib ki, “heç kimin sözünə inanmayın, Sakit aclıq edir“.           
Previous Post

HAKİMİYYƏTİN MÖVQEYİ AÇIQLANIB

Next Post

AZƏRBAYCAN TELEMƏKANINDA MÖVCUD OLAN ZİDDİYYƏTLƏR MÜZAKİRƏ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.