MİRZƏ SAKİT AСLIQ AKSİYASINI DAYANDIRDI

“Azadlıq” qəzetinə təqdim etdiyi şeiri çap olunmadığına görə yanvarın 16-dan aclıq aksiyasına başlayan satirik yazar Mirzə Sakit aksiyanı dayandırıb.

Belə ki, bu gün (19 yanvar) Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında –satirik şair Mirzə Sakitin aclıq keçirdiyi otaqda “Xural” qəzetinin təşkilatçılığı ilə “Azad mətbuatın azad söz problemi” mövzusunda Dəyirmi Masa keçirilib. Dəyirmi Masa iştirakçıları Mirzə Sakitə sabah – 20 Yanvar hadisələrinin 20-cu ildönümü olduğunu xatırladaraq, aclıq aksiyasını dayandırmağı xahiş ediblər.
Keçirilmiş Dəyirmi Masa ilə bağlı ətraflı məlumat sabah yayılacaq.
Qeyd edək ki, yanvarın 11-də təqdim etdiyi şeiri  “Azadlıq” qəzetində çap olunmadığına görə M.Sakit yanvarın 16-da aclıq aksiyasına başlamışdı. “Azadlıq” qəzetinin baş direktoru Azər Əhmədov təhqiredici ifadələr olduğuna görə şeirin çap olunmadığını bildirib. M.Sakit isə bildirir ki, şeirdə diktatura rejimləri sərt tənqid olunsa da, orda təhqiredici ifadələr yoxdur.

Previous Post

QƏNİMƏT ZAHİD MİRZƏ SAKİTƏ ACLIĞI DAYANDIRMAĞI TÖVSİYƏ EDİB

Next Post

Qanlı 20 yanvar hadisələrinin 20-ci il dönümü

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.