MİRZƏ SAKİTƏ QARŞI TƏXRİBAT CƏHDİ OLUB

“Azadlıq” qəzetinin yazarı, satirik şair Mirzə Sakiti  təxribata çəkməyə cəhd göstəriblər. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) bu gün (27 iyul) Mirzə Sakitin özü məlumat verib: “İki gün qabaq (25 iyul) Nərimanov parkındakı “İstanbul” çayxanasında oğlum və üç dostumla əyləşərək söhbət etdiyim zaman 4 nəfər tanımadığımız naməlum şəxs yanaşı masada əyləşərək bizə söz atmağa başladılar.

Onlar hətta mənim saqqalım haqqında da nalayiq ifadələr işlədirdilər” – deyən M.Sakit vurğuladı ki, onunla əyləşən dostlarından biri həmin 4 nəfərdən birini tanıyıb və onun keçmiş polis mayoru olduğunu deyib. M.Sakit qeyd etdi ki, açıq-aşkar təxribata çəkildiyindən, problem yaratmamaq üçün həmin çayxananı tərk etdik: “Bizi də təxribata çəkərək döymək və Qənimət Zahid, Emin Milli, Adnan Hacızadə kimi xuliqanlıqda ittiham edərək fikrində olduqları hiss olunduğundan çayxananı tərk etdik.
Xatırladaq ki, Sakit Zahidov 2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunaraq üç il müddətinə azadlıqdan məhrum edilmiş və 2009-cu ilin mart ayında Amnistiya aktı ilə azadlığa buraxılmışdır.
Previous Post

MÜŞFİQ HÜSEYNOV MÜALİCƏSİNİ DAVAM ETDİRİR

Next Post

HƏYAT YOLDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.