MÜŞFİQ HÜSEYNOV MÜALİCƏSİNİ DAVAM ETDİRİR

Dünən (26 iyul) qardaşı oğlu Cavidan Hüseynov  “Bizim Yol”  qəzetinin əməkdaşı, 2 saylı cəzaçəkmə müəssisəsində  cəza çəkən Müşfiq Hüseynovla görüşüb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Cavidan Hüseynov məlumat verib.

Onun sözlərinə görə, M.Hüseynov saxlanma şəraitindən narazılıq etməyib. “Müşfiq bildirdi ki, siyasi məhbus məsələsi ilə bağlı monitorinq aparan hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Səidə Qocamanlı bir neçə gün öncə onunla  görüşüblər” – deyə C.Hüseynov əlavə etdi ki, M.Hüseynov səhhəti ilə əlaqədar cəzaçəkmə müəssisəsinin tibb məntəqəsində müalicəsini davam etdirir.
     Xatırladaq ki, M.Hüseynov 2007-ci il, iyulun 24-də həbs olunub. Ona qarşı CM-nin 311-ci maddəsi (rüşvət alma ) ilə ittiham irəli sürülüb və 2008-ci ilin yanvar ayında o 6 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellasiya Məhkəməsi isə M.Hüseynovun cəzasını 1 il azaldıb.
Previous Post

YARDIM ALMAYAN QƏZETLƏR AYRISEÇKİLYƏ ETİRAZ EDİRLƏR

Next Post

MİRZƏ SAKİTƏ QARŞI TƏXRİBAT CƏHDİ OLUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.