MİRZƏ SAKİT PREZİDENTİ MƏHKƏMƏYƏ VERİB

“Azadlıq” qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakit (Zahidov) Prezident İlham Əliyevi məhkəməyə verib.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistlə görüşən həyat yoldaşı Rəna Zahidova verib. R. Zahidovanın bildirdiyinə görə M. Sakit bu addımı atmasına səbəb kimi həbs olunmasından sonra ailəsinin hökumətin repressiv əməllərindən əziyyət çəkməsini göstərib və bildirib ki, bunu məhkəmədə sübut edəcək. R. Zahidovanın sözlərinə görə artıq iddia ərizəsi cəzaçəkmə müəssisəsi rəhbərliyi tərəfindən Səbail rayon Məhkəməsinə göndərilib.
Xatırladaq ki, Sakit Zahidov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilib. Satirik 2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub. Hazırda onun cəzasının bitməsinə təxminən 5 ay qalır.
Previous Post

“ELMAR HÜSEYNOV MÜKAFATI” ÜÇÜN MÜSABİQƏ KEÇİRİLMƏYƏCƏK

Next Post

AZƏRBAYCAN HƏBSDƏ OLAN JURNALİSTLƏRİN SAYINA GÖRƏ İKİNCİ YERDƏDİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.