“Azadlıq” qəzetinin məlumatına görə nüfuzlu beynəlxalq təşkilat olan Jurnalistləri Müdafiə Komitəsi 2008-ci ildə bir sıra ölkələrdə mətbuat azadlığının vəziyyəti ilə bağlı hesabat yayıb.
Komitə öz hesabatında Azərbaycanda jurnalistlərə qarşı olan basqılarla bağlı da yer ayırıb. Hesabatın Azərbaycanla bağlı hissəsində ölkədə beş jurnalistin həbsdə olması, və jurnalistlərə hücum edənlərin cəzasız qalmasına da diqqət çəkilib. Hesabatda daha sonra qeyd edilib ki, komitənin Azərbaycana göndərdiyi nümayəndələrinin hesabatlarının nəticəsi olaraq, hazırda həbsdə olan jurnalistlər – “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə qarşı ittihamların əsassız olması “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin məhkəməsində əsl şahidlərin dindirilməməsi ortaya çıxıb. Hesabatda o da vurğulanır ki, “Azadlıq” qəzetinin əməkdaşı Aqil Xəlil döyülməsi ilə bağlı hökumətə müraciət etsə də, nəticədə özünün şərləməsi məlum olub.
Hesabatda Azərbaycanın həbsdəki jurnalistlərin sayına görə Avropa və Mərkəzi Asiya ölkələri arasında yalnız Özbəkistandan geri qalması da əksini tapıb.
Hesabatda Azərbaycanın həbsdəki jurnalistlərin sayına görə Avropa və Mərkəzi Asiya ölkələri arasında yalnız Özbəkistandan geri qalması da əksini tapıb.
http://cpj.org/2009/02/attacks-on-the-press-in-2008-azerbaijan.php