MİRZƏ SAKİT SABAHDAN ACLIĞA BAŞLAYIR

“Sakit sabahdan aclıq aksiyasına başlayır.

Bu barədə o artıq həbsxana rəhbərliyini rəsmi ərizə ilə xəbərdar edib və onun üçün artıq ayrıca otaq ayrılıb. Sakit bildirdi ki, səhər tezdən açlığa başlayıacaq”. Bu sözləri RATİ-nin əməkdaşı ilə söhbətində Mirzə Sakitin həyat yoldaşı Rəna Zahidova deyib. Bu gün Sakitlə görüşdüyünü bildirən Zahidova vurğulayıb ki, onun bir neçə tələbi var. şəhərdaxili həbsxanaların birinə köçürülsün, Mətbuat Şurasının sədri Əflatun Amaşov istefa versin, Ombudsman 14 saylı CM-nə gəlib jurnalistlə görüşsün və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəisi Nazim Ələkbərov M.Sakitin müraciətlərini cavablandırsın.  Zahidovun sözlərinə görə, M. Sakit özünün şəhərdaxili həbsxanalardan birinə köçürülməsi ilə bağlı üç dəfə Ələkbərova müraciət etsə də, müraciətlərin heç biri cavablandırılmayıb: “Sakit Nazim Ələkbərovu artıq məhkəməyə verib”.
Jurnalistin həyat yoldaşı onu da əlavə edib ki, Sakitin səhhəti olduqca acınacaqlıdır: “Mən onun həbsdə olduğu il yarım ərzində Sakiti bu vəziyyətdə görməmişdim. O inanılmaz dərəcədə arıqlayıb, sağ ayağında quruma gedir və kəskin ürək ağrılarından əziyyət çəkir”. Zahidova ilə söhbətində M.Sakit bildirib ki, havaların şaxtalı keçməsi nəticəsində həbsxanada 20 gündür su yoxdur. Sakit bütün bunları özünə qarşı mənəvi işgəncə kimi qiymətləndirib.

Previous Post

JURNALİSTİN MÜRACİƏTLƏRİNƏ CAVAB VERİLMİR

Next Post

MİRZƏ SAKİT ACLIĞA BAŞLAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.