JURNALİSTİN MÜRACİƏTLƏRİNƏ CAVAB VERİLMİR

“Mən açıq məktub vasitəsilə prezidentə və Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbova müraciət edirəm.

Mənə qarşı edilən haqsızlıqlarla bağlı oktyabrın 18-i  prezidentə və noyabrın əvvəllərində həm Azərbaycan Respublikasının və Muxtar Respublikanın aidiyyatı orqanlarına bir neçə dəfə müraciət etmişəm. Yalnız Ombudsmandan cavab gəlib ki, sizin müraciəti qəbul etdik. Artıq dörd aydır ki, müraciətlərim cavablandırılmayıb, elə bil bu haqsızlıqlar heç vaxt olmayıb. Bu dəfə də müraciətə məhəl verməsələr, mən artıq məhkəmələrə üz tutacağam”. Bu sözləri “Yeni Müsavat” qəzetinin Naxçıvan bölgə müxbiri Həkimeldostu Mehdiyev bu gün RATİ-nin konfrans zalında keçirdiyi mətbuat konfransında deyib.
Mehdiyev qarşılaşdığı təzyiqlər və haqsızlıqların qısa tarixçəsi barədə jurnalistlərə məlumat verib: Jurnalistin sözlərinə görə, onu həbs və fiziki təzyiqlərlə susdura bilməyən, Naxçıvan hakimiyyəti başqa üsullara əl atıb: “Ailəmi aclığa sürükləməklə mənim Naxçıvandan çıxıb getməyimə nail olmaq istəyirlər. Yaranmış vəziyyət o qədər acınacaqlıdır ki, kəndimizdə mənimlə görüşən istənilən şəxs bir neçə gündən sonra MTN-ə çağırılır və dindirilir. Mən oğlumu faktiki olaraq ev dustağına çevirmişəm. Dörd ay ərzində evin həyətindən kənara çıxmır. Qorxuram ki, şərləyib, istənilən yolla həbs edə bilərlər”.
Açıq məktubda qeyd olunur ki, jurnalistin özünün və ailəsinin təhlükəsizliyinə təminat yoxdur, haqsızlıqların səbəbkarları qanun çərçivəsində cəzalandırılmayıb, jurnalistin ailəsinə məxsus olan ticarət və ictimai iaşə obyektləri bərpa edilməyib, ona və qardaşlarına məxsus olan 1,5 ha torpaq sahəsi geri qaytarılmayıb və Mehdiyevin Naxçıvanda jurnalist fəaliyyətimi davam etdirmək ücün şərait və təminat yaradılmayıb.
Məktubda jurnalist ona deyən maddi və mənəvi ziyanın ödənilməsini, pozulan hüquqlarının bərpa edilməsini, Naxçıvanda azad sözü müdafiə etmək üçün  jurnalist fəaliyyətini davam etdirmək üçün şərait yaradılmasını istəyir .

Previous Post

MƏHKƏMƏ JURNALİSTİN KASSASİYA ŞİKAYƏTİNİ QİSMƏN TƏMİN ETDİ

Next Post

MİRZƏ SAKİT SABAHDAN ACLIĞA BAŞLAYIR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.