HƏYAT YOLDAŞI SAKİT ZAHİDOVLA GÖRÜŞÜB

Dünən (4 mart) ailə üzvləri 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən həyat yoldaşı, “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakitlə (Sakit Zahidov) görüşüb.

Bu xəbəri Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) verən  R. Zahidova, jurnalistin saxlanılma şəraitindən və cəzaçəkmə müəssisəsinin əməkdaşlarının ona qarşı münasibətindən narazılığının  olmadığını lakin ürək ağrılarından şikayətləndiyini bildirib. R. Zahidova eyni zamanda, M. Sakitin son zamanlar əfvlə bağlı gedən söhbətlərə inanmadığını və Avropa Şurası Parlament Assableyasının (AŞ PA) Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisinin təyin olunacağına ümüd etdiyini də bildirib.
Xatırladaq ki, M. Sakit  2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

RATİ MONİTORİNQ LAYİHƏSİNİN ARALIQ HESABATINI TƏQDİM ETDİ

Next Post

RATİ REFERENDUM DÖVRÜNDƏ KİV ÜZƏRINDƏ HƏYATA KEÇİRDİYİ MONİTORİNQİN İLKİN NƏTİCƏLƏRİNİ AÇIQLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.