HƏYAT YOLDAŞI SAKİT ZAHİDOVLA GÖRÜŞÜB

Bu gün (29 yanvar) Rəna Zahidova həyat yoldaşı, "Azadlıq" qəzetinin əməkdaşı, satirik yazar Sakit Zahidovla (Mirzə Sakit) cəza çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsində  görüşüb. Bu barədə RATİ-yə Rəna Zahidova özü məlumat verdi: "Saxlanma şəraitindən və ona olan münasibətdən heç bir şikayəti yoxdur.

Sadəcə səhhətində, xüsusilə də ayağında ciddi ağrıları var. Buna görə həkim müayinəsindən də keçib ".
Rəna Zahidovanın sözlərinə görə, Sakit Zahidovun türmələrdəki korrupsiya və rüşvət barədə Ədliyyə Nazirliyinə ünvanladığı ərizə ilə bağlı yanvar ayının 28–də Penitensiar Xidmət İdarəsinin Əməliyyat Şöbəsinin əməkdaşları 10 saylı cəzaçəkmə müəssisəsinə gələrək, jurnalistdən yazılı izahat alıblar. "Həmçinin türmələrdəki korrupsiya ilə bağlı S. Zahidov Milli Məclisə, Baş Prokurorluğa, Milli Təhlükəsizlik Nazirliyinə (MTN) də məktub ünvanlayıb. Yaxın zamanlarda MTN-dən də gəlib Zahidovla görüşəcəkləri gözlənilir" – deyən R.Zahidova əlavə etdi ki, Mirzə Sakit özünə qarşı 10 saylı cəzaçəkmə müəssisəsində təxribat planı hazırlandığını da vurğulayıb.  

Xatırladaq ki, Sakit Zahidov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarı ilə üç il müddətinə azadlıqdan məhrum edilib. Satirik 2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub. Hazırda onun cəzasının bitməsinə təxminən 5 ay qalır.

Previous Post

“AZƏRBAYCANFİLM” KİNOSTUDİYASININ KİNOREJİSSORLAR GİLDİYASI İLƏ BİRLİKDƏ İTV-YƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİNDEN

Next Post

Reportor Informasiya Agentliyinin mətbuat komfransı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.