DİPLOMATLAR NAXÇIVANDA TƏZYİQƏ MƏRUZ QALMIŞ AİLƏYƏ BAŞ ÇƏKİBLƏR

ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coanna Qanson və Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Piter Semnebinin müşaviri Kler Delessard yanvarın 27-də Naxçıvanda səfirdə olub.

Səfər zamanı onlar muxtar respublikanın hökumət, siyasi partiya və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

Səfərin əsas məqsədi Naxçıvanda insan haqlarının pozulması ilə bağlı yerli mətbuatda gedən yazıları araşdırmaq olub. Diplomatlar hökumət nümayəndələri ilə görüşlərində Naxçıvanda insan haqlarının pozulması ilə bağlı məlumatlardan narahatçılıqlarını bildiriblər. Səfər çərçivəsində səfirliyin əməkdaşları Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ)  və "Azadlıq" radiosunun əməkdaşları ilə də görüşüb.

Diplomatlar Sədərək rayon Heydərabad qəsəbəsində yaşayan İsmayıl Hüseynovun ailəsində də olublar.

Xatırladaq ki, oğlunun polisin təzyiqinə məruz qalmasına etiraz edən İ.Hüseynov bir müddət əvvəl məcburən psixi dispanserə yerləşdirilmiş, o və ailə üzvləri girov saxlanılmışdı. Sözügedən faktı araşdırmaq istəyərkən, RATİ-nin və "Azadlıq" radiosunun və əməkdaşları təzyiqə məruz qalmışdılar.

Previous Post

“AZƏRBAYCANFİLM” KİNOSTUDİYASININ KİNOREJİSSORLAR GİLDİYASI İLƏ BİRLİKDƏ İTV-YƏ QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ PROSESİNDEN

Next Post

Reportor Informasiya Agentliyinin mətbuat komfransı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.