MİRZƏ SAKİT QARDAŞI QƏNİMƏT ZAHİDLƏ GÖRÜŞÜB

Dünən (20 aprel ) “Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakit (Sakit Zahidov) qardaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidlə (Zahidov) cəza çəkdiyi 17 saylı cəzaçəkmə müəssisəsində görüşüb.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) məlumat verən S.Zahidovun sözlərinə görə, baş redaktor revmatizm xəstəliyindən və gözündəki ağrılardan əziyyət çəkir. Saxlanma şəraitindən və cəzaçəkmə müəssisəsinin rəhbərliyindən heç bir şikayət etmədiyini deyən S. Zahidov bildirdi ki, baş redaktor  həmçinin ingilis dilində mütaliəsini davam etdirir. Həmçinin görüş zamanı Qənimət Zahid qardaşı S. Zahidovu azadlığa çıxması münasibəti ilə təbrik edərək, ona ehtiyatlı olmağı tövsiyə edib.
Q.Zahidin əfvlə azadlığa çıxacağına inanmadığını vurğulayan satirik yazar qeyd etdi ki, onlar yalnız siyasi məhbuslar üzrə xüsusi məruzəçiyə ümid bəsləyirlər: ”Hakimiyyətin  çıxış yolu yoxdur və xüsusi məruzəçinin təyin olunması Azərbaycana qarşı bir növ sanksiya deməkdir”- deyə S.Zahidov bildirdi.
Xatırladaq ki, Qənimət Zahidov Cinayət Məcəlləsinin (CM) 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə şərlənərək 3 il 6 ay, CM-nin 221-ci maddəsi ilə şərlənərək 6 ay olmaqla 4 il müddətinə azadlıqdan məhrum edilib.
Previous Post

DÖVLƏT İTTİHAMÇISI SƏYYARƏ HEYDAROVAYA 4 İL 6 AY CƏZA VERİLMƏSİNİ İSTƏDİ

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.