Məhkəmə prosesində şahidlər dindirildi. Onlar hadisənin üstündən 4 il keçdiyini və ona görə də bəzi məqamları xatırlamadıqlarını bildirdilər. S. Heydərova isə dövlət ittihamçısının fəaliyyətindən narazılığını bildirərək, onu digəri ilə əvəzlənməsi barədə vəsatətlə çıxış etdi. Ancaq hakim Heydərovanın vəsatəti əsaslandırmadığını əsas gətirərək, təmin etmədi.
Dövlət ittihamçısı Aydın Əliyev öz çıxışında S. Heydərovaya 4 il 6 ay cəza verilməsini istədi. S .Heydərova isə ittihamlarla razılaşmadığını bildirdi.
Hakim N. Mustafayev qərarı 22 aprel saat 09.50-də elan olunacağını bildirdi.
Xatırladaq ki, vətəndaş S. Heydərova dörd nəfər kişinin döyülməsində şərlənərək həbs olunmuşdur və hal-hazırda azadlıqdadır.