MƏHKƏMƏ SƏDRİNDƏN JURNALİSTLƏRƏ ANLAŞILMAZ CAVAB VERİLİB

“Biz Naxçıvan Resurs mərkəzində öz işimizi fövqəladə hal vəziyyətində davam etdiririk”.

Bu sözləri RATİ-nin əməkdaşı ilə söhbətində “Azadlıq” radiosunun müxbiri, Resurs mərkəzinin rəhbəri Məlahət Nəsibova bildirib. Nəsibova Resurs mərkəzindən müsadirə edilmiş və bu yaxınlarda geri qaytarılan avadanlıqların bərbad vəziyyətdə olduğunu qeyd edib. “Mərkəzə məxsus bir çox bahalı avadanlıqlar isə ümumiyyətlə bizə qaytarılmayıb. Həmin avadanlıqların adları bizim tərəfimizdən tərtib edilən aktda göstərilib. Bununla bağlı Naxçıvan Rayon Məhkəməsinə müraciət etmişik, lakin məhkəmənin sədri Hüseyn Məmmədovun cavab məktubunda bildirilir ki, bu məsələ ilə bağlı biz  məhkəməyə müraciət edə bilmərik”. Nəsibova vurğuladı ki, “məsələ ilə əlaqədar yuxarı instansiya məhkəmələrinə müraciət edəcəyik. Həm də İlqar Nəsibov haqqında qərardan kassasiya şikayəti hazırlayırıq”.  
Xatırladaq ki, 11 dekabr 2007-ci il tarixdə Naxçıvanın Demokratiya və Qeyri-Hökumət Təşkilatlarının İnkişaf Resurs Mərkəzi polis tərəfindən dağıdılmış, ofisin əmlakı talan edilmiş, kompüter və digər texniki avadanlıqlar müsadirə edilmişdi.

Previous Post

NAMAZOV MERİYANIN CAVABINI ABSURD CAVAB HESAB EDİR

Next Post

MİRZƏ SAKİT HƏFTƏ SONU MÜALİCƏ MÜƏSSİƏSİNƏ KÖÇÜRÜLƏCƏK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.