MİRZƏ SAKİTİN APELLYASİYA ŞİKAYƏTİ İCRAATA GÖTÜRÜLÜB

“Azadlıq” qəzetinin əməkdaşı, satirik yazar Mirzə Sakit ( Zahidov) Nərimanov rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Bu barədə RATİ-yə Mirzə Sakitin vəkili İsaxan Aşurov məlumat verib. Vəkilin sözlərinə görə, şikayət icraata götürülüb: ”İş  hakim Rizvan Cəfərovun icraatındadır. Məhkəməyə hazırlıq iclası yanvar ayının 29-a təyin olunub”.
Xatırladaq ki, Mirzə Sakit vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı Nərimanov rayon Məhkəməsinə müraciət etmişdi. Lakin Nərimanov rayon Məhkəməsinin hakimi Rövşanə Vəliyevanın sədrlik etdiyi məhkəmə prosesində Mirzə Sakitin bu xahişi rədd edilmişdi.
Qeyd edək ki, Mirzə Sakit 2006-ci ilin iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub. Hazırda onun cəzasının bitməsinə təxminən 5 ay qalır.
Previous Post

QƏRB ÖLKƏLƏRİNDƏ EYNULLA FƏTULLAYEVƏ DƏSTƏK KAMPANİYASI DAVAM EDİR

Next Post

BAKIDA “ŞƏHİDLƏR GÜNÜ” FOTOSƏRGİSİ KEÇİRİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.