MİRZƏ SAKİTİN SƏHHƏTİNİN AĞIRLAŞDIĞI BİLDİRİLİR

 Həbsdə olan jurnalist, “Azadlıq” qəzetinin əməkdaşı Mirzə Sakitin səhhəti ağırdır.

 Bu haqda RATİ-yə jurnalistin həyat yoldaşı Rəna Zahidova xəbər verib. R. Zahidova isə məlumatı jurnalistin saxlandığı 14 saylı Cəzaçəkmə müəssisəsində  qardaşına baş çəkən bir şəxs verib. Həmin şəxsin adını çəkmək istəməyən Zahidova Sakitin vəziyyətinin lap pis olduğunu söyləyib: “Sakit həmin şəxslə mənim ona bəzi dərmanlar alıb göndərməyimi istəyib. Onun vəziyyəti olduqca ağırdır”.

Sabah (14 may) jurnalistin yanına getməyi planlaşdıran Zahidova Sakitə görə çox narahat olduğunu əlavə etdi.
RATİ məsələ ilə əlaqədar Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi ilə əlaqə saxladı. Şöbədən bu haqda onlarda heç bir məlumatın olmadığını bildirdilər.

Previous Post

ZAHİDOVUN HƏBSİ BARƏDƏ QƏRAR DƏYİŞDİRİLMƏDƏN QÜVVƏDƏ SAXLANILDI

Next Post

BAŞ PROKURORLUQ AQİL XƏLİL BARƏDƏ MƏLUMAT ALMAQ ÜÇÜN MƏTBUAT ŞURASINA MÜRACİƏT EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.