ZAHİDOVUN HƏBSİ BARƏDƏ QƏRAR DƏYİŞDİRİLMƏDƏN QÜVVƏDƏ SAXLANILDI

Bu gün (13 may) Bakı Apellyasiya Məhkəməsində hakim Abid Abdinbəyovun sədrliyi ilə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidovun həbsindən verilən şikayət üzrə proses yekunlaşıb. Hakim qərarına əsasən, Yasamal Rayon Məhkəməsinin  qərarı qüvvədə saxlanılıb.  

  Xatırladaq ki, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidov 07 mart 2008-ci il tarixində Yasamal Rayon Məhkəməsinin hakimi Südabə Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə  Cinayət Məcəlləsinin 127.2.3  maddəsi (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) ilə 3 il 6 ay, 221-ci maddə (xuliqanlıq) ilə isə 6 ay olmaqla ümumilikdə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Previous Post

REPORTYORLARIN AZADLIQ VƏ TƏHLÜKƏSİZLİK İNSTİTUTUNUN BƏYANATI

Next Post

MİRZƏ SAKİTİN SƏHHƏTİNİN AĞIRLAŞDIĞI BİLDİRİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.