MİRZƏ SAKİTİN İDDİASI TƏMİN OLUNMADI

Bu gün (29 dekabr) 10 saylı cəzaçəkmə müəssisəsində Nərimanov rayon məhkəməsinin hakimi Elşanə Vəliyevanın sədrliyi ilə “Azadlıq” qəzetinin əməkdaşı, satirik şair Mirzə Sakitin (Sakit Zahidov) vaxtından əvvəl azadlığa buraxılması xahişi əsasında məhkəmə  prosesi keçirildi.

Mirzə Sakitin vəkili İsaxan Aşurovun RATİ-yə verdiyi məlumata görə, proses cəzaçəkmə müəssisəsinin rəisinin xidməti otağında keçirilib: “İş üzrə dinləmələr qərəzli oldu. Hakim bildirdi ki, Sakit Zahidov törətdiyi cinayət üzrə özünü təqsirli bilmədiyi üçün onun iddiası təmin olunmur”.
İ.Aşurov onu da qeyd etdi ki, prosesin cəzaçəkmə müəssisəsində keçirilməsi yolverilməz haldır. Həmçinin İ.Aşurov qərardan apellyasiya şikayəti verəcəyini, habelə hakimin cəzalandırılması üçün Məhkəmə Hüquq Şurasına müraciət edəcəyini bildirdi.
Qeyd edək ki, prosesi müşahidə etmək istəyən RATİ əməkdaşları və ATƏT-in Bakı ofisinin nümayəndələri prosesə buraxılmayıb.
Xatırladaq ki, satirik şair 2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunub. Hazırda onun cəzasının bitməsinə təxminən 6 ay qalır.
Previous Post

PREZİDENTƏ ŞİKAYƏT YAZDIĞI ÜÇÜN 58 YAŞLI NAXÇIVANLI 1,6 İL MÜDDƏTİNƏ AZADLIQDAN MƏHRUM EDİLDİ

Next Post

TELEVİZİYA SAHƏSİNDƏKİ XİDMƏTLƏRİNƏ GÖRƏ TƏLTİF OLUNAN ŞƏXSLƏR MÜKAFATLARINI ALDILAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.