ŞƏMKİR, GÖYGÖL VƏ GƏNCƏDƏ “HÜRRİYYƏT” QƏZETİNİN SATIŞINA QADAĞA QOYULUB

Şəmkir, Göygöl və Gəncədə  “Hürriyyət” qəzetinin satışına qadağa qoyulub.

Bu haqda  RATİ-yə qəzetin redaktoru Süleyman Məmmədli məlumat verib. Onun sözlərinə görə, artıq bir həftədir ki, rayon icra hakimiyyəti  başçıları tərəfindən adıçəkilən şəhərlərdə qəzetin satışına qadağa qoyulub. “Qəzetimizdə bu bölgələrdəki səhiyyə sistemində, hərbi komissarlıqlarda və universitetlərdə rüşvətxorluq halları ilə bağlı yazılar dərc olunmuşdur. Qəzetimizin satışına da yəqin ki, bu səbəbə görə qadağa qoyulub. Əgər bu qadağalar davam edərsə ilk öncə dövlət başçısına, daha sonra hüquq mühafizə orqanlarına müraciət edəcəyik ”.
Previous Post

NAXÇIVANDA “AZADLIQ” RADİOSUNUN VEB SAYTINA QOYULAN MƏHTUDIYYƏT QALDIRILIB

Next Post

DİPLOMATİK KORPUS NÜMAYƏNDƏLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜBLƏR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.