DİPLOMATİK KORPUS NÜMAYƏNDƏLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜBLƏR

Xarici ölkələrin Azərbaycandakı diplomatik korpuslarının  nümayəndələri 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevə görüşüblər.

Bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov məlumat verib.  Komitə sədri görüşün ATƏT-in Bakı ofisinin təşəbbüsü ilə həyata keçirildiyini bildirib.  Görüşdə ATƏT-in, Avropa Şurasının, ABŞ, Fransa, Norveç və Almaniyanın Azərbaycandakı diplomatik nümayəndələrinin təmsilçiləri iştirak edib. Diplomatlar həmçinin Cəzaçəkmə Müəsisəsinin cərimə otaqlarına da baxış keçiriblər.
Görüş barədə RATİ-yə məlumat verən Norveç səfirliyinin birinci katibi Riçard Skarboro sözlərinə görə, təxminən iki  saat çəkən görüş ayrıca otaqda keçirilib. “Eynulla Fətullayev görüş zamanı heç bir şikayətinin olmadığını, azad olunası üçün yalnız Avropa Məhkəməsinə ümid olduğunu söylədi. Habelə, beynəlxalq təşkilatlardan onun işini diqqətdə saxlamalarını xahiş etdi”,  – deyə Skarboro bildirdi.
Previous Post

ŞƏMKİR, GÖYGÖL VƏ GƏNCƏDƏ “HÜRRİYYƏT” QƏZETİNİN SATIŞINA QADAĞA QOYULUB

Next Post

MƏHBUS JURNALİSTLƏRİN VƏZİYYƏTİ BRÜSSELDƏ DƏ MÜZAKİRƏ OLUNUB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.