SATİRİK JURNALİST YOXA ÇIXIB

Tanınmış jurnalist, satirik yazar Mirzə Sakit (Zahidov) aprelin 12-dən naməlum səbəbdən yoxa çıxıb. Bu barədə bu gün (13 aprel)  Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) jurnalistin həyat yoldaşı Rəna Zahidova məlumat verib.

Rəna Zahidova bildirdi ki, satirik yazar barəsində dünəndən bu vaxta qədər hər hansı bir məlumata malik deyillər: “Səhər saatlarından ona dəfələrlə zəng etsəm də, zənglərimə cavab verilməyib. Biz ailəliklə çox narahatıq. Bu gün saat 17.00 radələrində isə özünü təqdim etməyən bir şəxs evimizə zəng edib Mirzənin harada olduğunu bildiyini və onu özü evə gətirəcəyini bildirdi. Həmin şəxsin hansı nömrədən zəng etməsi də məlum deyildi”, –  deyə R. Zahidova bildirdi.

Xatırladaq ki, Sakit Zahidov 2006-ci il iyun ayının 23-də narkotik vasitə ilə şərlənərək  həbs olunaraq üç il müddətinə azadlıqdan məhrum edilmiş və 2009-cu ilin mart ayında Amnistiya aktı ilə azadlığa buraxılmışdır.

 

Previous Post

DAXİLİ İŞLƏR NAZİRLİYİ XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLI JURNALİST BARƏSİNDƏ AXTARIŞ VERİB

Next Post

EYNULLA FƏTULLAYEVİN BAŞ PROKURORA QARŞI İDDİASI ÜZRƏ MƏHKƏMƏ BAXIŞI TƏYİN EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.