SƏYYARƏ HEYDƏROVA YENƏ ACLIQ AKSİYASINA EDƏCƏYİNİ BİLDİRİB

mart 31st, 2009
Bu gün (31 mart) “Azərbaycan Media Mərkəzi” də vətəndaş Səyyarə Heydərova üzləşdiyi haqsızlıqlarla bağlı mətbuat konfransı keçirib.

Konfransda çıxış edən S. Heydərova 2005-ci ildə Bakı şəhəri Xudu Məhəmməd küçəsi 21 ünvanında yaşadığı binanın qarşısında tikinti aparan dörd kişini – Rəsulov Davud, Babayev Alim, Əsgərov Yaşar, Əsgərov Ələskəri döyməkdə təqsirləndirilərək haqsız olaraq məhkəməyə cəlb olunduğunu və həbs olunduğunu bildirdi. Üzləşdiyi haqsızlıqlara görə 2005-ci ildə aclıq etdiyini deyən S. Heydərova 20kq arıqladığını və bu səbəbdən də 2-ci qurup əlillik dərəcəsi aldığını söyləyib.
Bu günə kimi keçirilən məhkəmə iclaslarına iddiaçıların gəlməməsi səbəbindən  məhkəmə proseslərinin uzandığını deyən zərərçəkmiş S. Heydərova, növbəti dəfə 07 aprel saat 10:00-a tarixində Suraxanı rayon məhkəməsində keçiriləcək məhkəmə prosesindən sonra Prezident Aparatının qarşıısında yenidən aclıq aksiyası başladığını vurğuladı.
Konfransda çıxış edən “Sülh və Demokratiya İnstitutu”nun rəhbəri Leyla Yunus müstəqil məhkəmə sisteminin olmadığını, gənc qadın S. Heydərovaya qarşı edilən haqsızlıqları özbaşınalıq kimi qiymətləndirdi.
Xatırladaq ki, vətəndaş S. Heydərova dörd nəfər kişinin döyülməsində şərlənərək həbs olunmuşdur və hal-hazırda azadlıqdadır.