“XOCALI SOYQIRIMINI TANITIM” İCTİMAİ BİRLİYİ 31 MART HADİSƏLƏRİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRDİ

Bu gün (31 mart) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində “Xocalı Soyqırımını Tanıtım” İctimai Birliyi “Soyqırımı unutmayaq” mövzusunda  dəyirmi masa keçirdi.

Tədbirin əvvəlində  1918-ci ilin mart ayının 31-də  Azərbaycan Respublikasının şəhər və rayonlarında erməni daşnaqlarının törətdiyi vəhşiliklər nəticəsində şəhid olanların xatirəsi sükutla yad edildi və bu mövzuda 10 dəqiqəlik film nümayiş olundu. Tədbirin gedişində ilk çıxış edən “Xocalı soyqırımını tanıtım” birliyinin sədri, jurnalist  Şamil Sabiroğlu rəhbərlik etdiyi qurumun qarşısında duran mühüm vəzifələrdən danışdı və tədbiri keçirməkdə əsas məqsədin ermənilərin Azərbaycan xalqının başına gətirdikləri bəlaların dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olduğunu bildirdi: “Ermənilər tarixən öz din qardaşlarının köməyi ilə dədə-baba torpaqlarımıza təcavüz etmişlər. Səhlənkarlığımız, biganəliyimiz, unutqanlığımız ucbatından səksən faiz torpaqlarımız işğal olunmuş, oğul və qızlarımız ağır işgəncələrə məruz qalmışlar”-  deyə Ş.Sabiroğlu əlavə etdi
Bakı Slavyan Universiteti Azərbaycanşünaslıq Tədris Mədəniyyət Mərkəzinin elmi işçisi Nazim Tapdıqoğlu (Vəlişov) Ermənistanın terrorçu dövlət kimi Qafqaz bölgəsinə gətirdiyi bəlalardan danışdı. Sonda “Xocalı Soyqırımını Tanıtım” ictimai birliyinin sədr müavini, Xocalıdan məcburi köçkün Xəlil Şahmar oğlu Vəliyev, Birliyin İdarə heyyətinin üzvü və Xocalıdan məcburi köçkün Almaz Şöhrət qızı Həsənova 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Rusiyaya məxsus 366-cı motoatıcı alayının köməyi ilə erməni hərbi birləşmələrinin Xocalıda törətdikləri vəhşiliklərdən danışdılar.
Foto: http://www.irfs.az/component/option,com_datsogallery/Itemid,30/func,viewcategory/catid,215/lang,az/
Previous Post

MÜBARİZ MƏSİMOĞLUNUN MƏHKƏMƏSİ TƏXİRƏ SALINDI

Next Post

SƏYYARƏ HEYDƏROVA YENƏ ACLIQ AKSİYASINA EDƏCƏYİNİ BİLDİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.