SƏYYARƏ HEYDƏROVAYA ŞƏRTİ CƏZA VERİLDİ

Bu gün (22 aprel) Suraxanı rayon Məhkəməsində hakim Nürrədin Mustafayevin sədrliyi ilə dörd kişi döyməkdə ittiham edilən vətəndaş Səyyarə Heydərovaya qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.1 maddəsi (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) ilə başlanmış cinayət işi ilə bağlı hökm oxundu.

Belə ki, məhkəmənin qərarı ilə S .Heydərovaya bir il sınaq müddəti ilə 2 il 7 ay 15 gün şərti cəza verildi.
Cavabdehin vəkili Məhəmməd Dadaşlı hökmdən apellyasiya şikayəti veriləcəyini bildirdi.
Xatırladaq ki, vətəndaş S. Heydərova dörd nəfər kişinin döyülməsində şərlənərək həbs olunmuşdur və hal-hazırda azadlıqdadır.
Previous Post

“GÜNDƏLİK BAKI” QƏZETİNİN İNTERNET SAYTINA MÜDAXİLƏ OLUNUB

Next Post

ELAN!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see you are looking for.