“GÜNDƏLİK BAKI” QƏZETİNİN İNTERNET SAYTINA MÜDAXİLƏ OLUNUB

Aprelin 17-si “Gündəli Bakı” qəzetinin internet saytına müdaxilə edilib.

Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin şef redaktoru Ədil Hüseynli məlumat verib. Onun sözlərinə görə, internet saytındakı yazılardan biri çıxarılıb və onun yerində başqa yazı yerləşdirilib.
Həmçinin, Ə. Hüseynli bildirdi ki, əgər “Gündəlik Bakı”-nın internet saytında prezident və rəsmi şəxslər barədə hər hansı bir məlumat yerləşdirilsə, bununla bağlı məsuliyyəti qəzet daşımayacaq: “Biz bu məsələ ilə əlaqədar Milli Təhlükəsizlik Nazirliyi (MTN), Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğuna, həmçinin prvovayderə müraciət etmişik ki, saytımızı nəzarətə götürsünlər”.
Ə. Hüseynli araşdırmalar apardıqlarını əsas gətirərək, nə provayderin, nə də dəyişdirilmiş yazın adını açıqlamadı.
Previous Post

İCRA HAKİMİYYƏTİ MÜSAVAT PARTİYASINA PİKET KEÇİRMƏYƏ iCAZƏ VERMƏDİ

Next Post

SƏYYARƏ HEYDƏROVAYA ŞƏRTİ CƏZA VERİLDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.