“XEBER44.COM” SAYTININ HƏBS EDİLMİŞ REDAKTORUNUN EVİNDƏ AXTARIŞ APARILIB

Sentyabrın 20-si gündüz saat 14-15 radələrində bir neçə gün bundan əvvəl həbs edilmiş  islam dini yönlü “Xeber44.com” saytının rəhbəri Araz Quliyevin evində axtarış aparılıb. Bu barədə onun qardaşı Azər Quliyev “Media forum” xəbər saytına məlumat verib.

“Evdə anam, Arazın xanımı və mənim həyat yoldaşım, eləcə də uşaqlar  olub. Onları bərk qorxudublar, yaxında yaşayan qohumlar evə gəlib, amma onları içəri buraxmayıblar”, –  deyə qeyd edən  Azər Quliyevin sözlərinə görə, habelə Araz Quliyevlə bərabər həbs edilən dindarlar – Xalid Kazımov və Rza Ağalının də evində axtarış aparılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin sentyabrın 21-də yaydığı xəbərə görə, Masallı Rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 8-də saxlanılmış Araz Quliyev, Xalid Kazımov və Rza Ağalının evlərinə baxış zamanı 2 ədəd qumbara, 1 kiloqram 975 qram tiryək və qanunla qadağan olunmuş dini kitablar və broşuralar aşkar edilərək götürülüb.
Azər Quliyev qumbaranı evə axtarış aparanların qoyduğunu deyib: “Bu, yalançı axtarış olub, hər şeyi özləri gətiriblər”.
Rəsmi məlumata görə, Masallı şəhərindəki Gənclər Mərkəzində keçirilən “Masallı Folklor-2012 Beynəlxalq Festivalı” zamanı tədbiri pozduqlarına və polis əməkdaşına xəsarət yetirdiyinə görə sentyabrın 8-də həbs olunan şəxslərlə bağlı istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi araşdırır. İstintaq Cinayət Məcəlləsinin xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə) maddələri ilə aparılır.

Previous Post

CƏRİMƏLƏNMƏSİ BARƏDƏ PROTOKOL YAZAN POLİSİN ŞƏKLİNİ ÇƏKDİYİ ÜÇÜN MÜXBİR POLİS BÖLMƏSİNƏ APARILIB

Next Post

“AZADXEBER.AZ” SAYTININ REDAKTORUNA QARŞI YENİ İTTİHAMIN İRƏLİ SÜRÜLƏCƏYİ GÖZLƏNİLİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.