MƏTBUATDA DİNİ MÖVZULAR ÜZRƏ SEMİNAR KEÇİRİLİB

“Mediaforum” saytının yaydığı məlumata görə, “İnternyus Azərbaycan” İctimai Birliyi və “Yeni Nəsil” Jurnalistlər Birliyi “Üç mediada dini mövzuların işıqlandırılması” mövzusunda fevralın 6-dan 11-dək seminar keçirib.

Seminarda məqsəd islamla və ya digər dinlərlə bağlı məsələlərin mediada qərəzsiz işıqlandırılması yolları haqda iştirakçıları məlumatlandırmaq olub.
Seminar üç media sahəsində (televiziya, radio və mətbuat) beynəlxalq təcrübəsi olan ABŞ mütəxəssisi Brent Hurd və telekritik Zeynal Məmmədli tərəfindən aparılıb. Seminarda beş regionu təmsil edən jurnalistlər iştirak edib.

Previous Post

MİRZƏ SAKİT MÜALİCƏ MÜƏSSİSƏSİNƏ KÖÇÜRÜLDÜ

Next Post

BU GÜN BİR NEÇƏ QƏZET ÇAP EDİLMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.