BU GÜN BİR NEÇƏ QƏZET ÇAP EDİLMƏYİB

“Çap Evi” mətbəəsinin rəhbərliyi ötən həftədən etibarən mətbəənin bazar günü işləməyəcəyi haqda qərar qəbul etmişdi.

Bu səbəbdən bazar günləri çap edilən və bazar ertəsi günü köşklərə paylanan qəzetlərin bir neçəsi (“Yeni Müsavat”, “24 saat”, “Bakı zaman”) nəşr olunmayıb. RATİ bununla əlaqədar sözügedən qəzetlərin baş redaktorları ilə əlaqə saxladı.
Hal-hazırda “Azərbaycan” Nəşriyyatı ilə danışıqlar aparıldığını deyən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirib ki, ““Çap Evi”nin naməlum səbəblərdən bazar günləri işləməməsi bizə çox böyük maddi ziyan vurub. Digər mətbəələrin isə heç biri qəzetimizi nəşr etdirmək istəmir. Elə bu səbəblərə görə də qəzetimiz bu gün nəşr olunmayıb”.
“Bakı zaman”qəzetinin baş redaktoru Elnur Məhərrəmlinin mövqeyi fərqli olub: “planlaşdırırıq ki, qəzetimiz gələn həftədən həftənin bütün günləri “Azərbaycan” Nəşriyyatında çap olunsun. Sənədləşdirmə hələ hazır olmadığı üçün qəzetimizin bu günkü sayı nəşr olunmayıb”.
“24 saat” qəzetinin baş redaktoru Fikrət Fərəməzoğlu bildirib ki, “hələ bu haqda heç bir qərar verməmişik. Hələ ki, fikirləşirik”.
  Digər üç qəzetdən fərqli olaraq, “Bakı xəbər” qəzeti bu gün çap olunub. Qəzetin baş redaktoru Aydın Quliyev RATİ-nin əməkdaşı ilə söhbətində bildirib ki, “qəzetimiz özəl mətbəələrin birində çap olunub”. Qəzetin çap olunduğu mətbəənin adını açıqlamaq istəməyən baş redaktor qəzetin ölçüsünün 1 sm kiçildiyini deyib. Baş redaktor eyni zamanda əlavə edib ki, “əgər bu məsələni başqa cür həll edə bilməsək qəzetimiz öz çapını həftə sonu  elə bu mətbəədə davam edəcək”.

Previous Post

MƏTBUATDA DİNİ MÖVZULAR ÜZRƏ SEMİNAR KEÇİRİLİB

Next Post

MİRZƏ SAKİT MÜALİCƏ OLUNUR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.