SEÇKİLƏRDƏN YAZAN JURNALİSTLƏR ÜÇÜN SEMİNAR TƏŞKİL OLUNUB

 Bu gün (25 aprel) prezident seçkilərinə hazırlIq və seçkilərin keçirilməsi ilə əlaqədar jurnalistlər üçün “Seçki kütləvi informasiya vasitələrində” mövzusunda seminar keçirilib.

Seminar Azərbaycan Mərkəzi Seçki komissiyası (MSK) və ATƏT-in Bakı ofisi tərəfindən təşkil olunub.
          Seminarın açılışında MSK sədri Məzahir Pənahov bildirdi ki, kütləvi informasiya vasitələri Azərbaycan ictimaiyyətinin ən fəal və aktiv hissələrindən biridir. Bu baxımdan da KİV seçkilərdə xüsusi rola malikdir:
          “2008-ci il bizim üçün çox əhəmiyyətli bir il olacaq. Çalışacağıq ki, bütün tədbirlərimiz KİV nümayəndələri ilə birlikdə keçirilsin.  Mən arzu edirəm ki, seçkilərə qədər bütün KİV nümayəndələri bizimlə olacaq”, – deyə MSK sədri vurğuladı.
            ATƏT-in Bakı ofisinin rəhbəri Xose-Luis Herrero isə  çıxışında bildirdi ki, hazırda seçkilərə hazırlıq mərhələsi başlayır  və bu Azərbaycan üçün çox vacib məqamdır.
          “Beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsi Azərbaycanın özünün marağındadır. Azad seçkilərin keçirilməsi Azərbaycanın həm daxilində, həm də xaricində çox vacib məsələlərdən biridir. Bunu həm əhali, həm də media başa düşməlidir. Seçkilərdə əsas rollardan biri medianın roludur. Siyasətdə bir neçə yanaşma var ki, onlardan medianın rolu daha üstündür. Biz fərq qoymalıyıq ki, hansı media ilə əməkdaşlıq edirik. Əhalinin yalnız 8 faizi qəzet oxuyur. 90 faizi isə televiziya və radioya qulaq asır. Buna görə də televiziyanın rolu çox böyükdür”, – deyə qed edən  Xose-Luis Herrero elektron KİV-lərdə də plüralizmin qorunmasını vacib şərt hesab etdi.
            “ATƏT-in Bakı ofisi və digər beynəlxalq təşkilatlar lazım olan köməyi etməyə hazırdırlar. KİV nümayəndələri hansısa bir reportajı hazırlayanda digər tərəfin də münasibətini öyrənməlidir. Yalnız şəxsi yox, ictimai fikir də irəli sürülməlidir”, – deyə o vurğuladı.

Previous Post

AQİL XƏLİL ABŞ SƏFİRLİYİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞÜB

Next Post

MƏHKƏMƏ ŞİKAYƏTİ TƏMİN ETMƏYİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.