MƏHKƏMƏ ŞİKAYƏTİ TƏMİN ETMƏYİB

Dünən (24 aprel) Apellyasiya Məhkəməsinin hakimi Rəsul Səfərovun sədirliyi ilə “Kriminal Aləm” qəzetinin baş redaktoru Mehralı İsgəndərovun verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib.

Hakim rayon məhkəməsinin qərarını qüvvədə saxlayıb. Bu  haqda RATİ-yə məlumat verən İsgəndərov qərarı ədalətsiz adlandırıb və qərarın surətini  alan kimi Ali Məhkəməyə şikayət edəcəyini bildirib.

Xatırladaq ki, Mehralı İsgəndərov ötən il İTV-nin bölgə müxbiri Əminə Rəhimovanın iddiası əsasında Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunaraq Yasmal Rayon Məhkəməsinin hakimi Tahir İsmaylovun  qərarı ilə bir il müddətinə islah işlərinə məhkum edilmişdi.

Previous Post

SEÇKİLƏRDƏN YAZAN JURNALİSTLƏR ÜÇÜN SEMİNAR TƏŞKİL OLUNUB

Next Post

ƏLİ HƏSƏNOV “QARA PİAR” KAMPANİYASININ APARILDIĞINI İNKAR EDİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.