TƏHQİQATÇI TELEFON ZƏNGLƏRİNƏ CAVAB VERMİR

"Azadlıq" qəzetinin əməkdaşı Aqil Xəlillin döyülməsi ilə bağlı iş materialları martın 10-da Binəqədi Rayon 7-ci polis bölməsindən Bakı şəhər Baş Polis İdarəsinə göndərilmişdi.

A. Xəlilin RATİ-yə verdiyi məlumata görə, sənədlər  Baş Polis İdarəsinə göndərilən gün yenidən polis bölməsinə qaytarılıb. Bu barədə jurnalistə Baş Polis İdarəsinin təhqiqatçısı Arzu Babayev məlumat verib. Təhqiqatçı bildirib ki, iş materialları ilə tanış olmaq və bu məsələni nəzarətdə saxlamaq məqsədilə sənədlər Baş Polis İdarəsinə verilib.
Jurnalist onu da əlavə edib ki, "materiallar idarəyə göndərilən gündən dəfələrlə onlarla əlaqə saxlasam da, heç bir cavab ala bilmirdim. Buna görə bir neçə dəfə 7-ci polis bölməsinin təhqiqatçısı Elnur Əliyevlə əlaqə saxlamışdım. Lakin o da demişdi ki,  bu iş artıq  onlara aid  deyil. İndi isə Elnur Əliyev mənim zənglərimə cavab vermir".
Məsələ ilə əlaqədar RATİ günün ikinci yarısında E. Əliyevlə əlaqə saxlamağa çalışsa da,  zənglərimizə cavab verilməyib.
 

Previous Post

QƏNİMƏT ZAHİDOVUN HƏBSİNƏ ETİRAZ OLARAQ PİKET KEÇİRİLİB

Next Post

BU GÜN BƏZİ QƏZETLƏR ÇAP OLUNMAYIB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.