SƏYYARƏ HEYDƏROVA ACLIQ AKSİYASINI DAYANDIRDIĞINI ELAN ETDİ

Bu gün (24 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində vətəndaş Səyyarə Heydərova öz barəsində Suraxanı rayon Məhkəməsində çıxarılmış qərarla bağlı mətbuat konfransı keçirdi.

Tədbirdə çıxış edən S. Heydərova məhkəmənin qərarı ədalətsiz və sifarişlə çıxarıldığını bildirib və onu ləğv edilməsini tələb etib: “Mən, təqsirləndirilən şəxs, hökm elan olunan zaman məhkəmədə iştirak etmirdim və mənsiz hökm elan etmək qanunsuzdur”. Həmçinin S. Heydərova ona bəraət verilməsini istədiyini qeyd etdi.
17 gün əvvəl başladığı aclıq aksiyasını bu gün dayandırdığını elan edən S.Heydərova, buna səbəb kimi reanimasiya şöbəsində icbari qidalandırma zamanı həyatının təhlükə qarşısında olması ilə əlaqədar olduğunu bildirib.
Konfrans zamanı Heydərova münaqişəyə səbəb olan ərazidə tikilən binanın heç də Bakı Şəhər İcra Hakimiyyətinin verdiyi sərəncamda göstərildiyi kimi anbar olmadığını bildirərək, binanın Prezident Aparatının yüksək rütbəli məmurunun olmasını açıqladı. Məmurun adını açıqlamayan Heydərova məhkəmənin məhz həmin məmurun sifarişi əsasında qərəzli mövqe tutduğunu bildirdi.
Çıxışının sonunda S. Heydərova üzünü jurnalistlərə tutaraq bəraət alması üçün lazımi məbləğdə pulu toplamaqda ona yardımçı olmalarını xahiş etdi.
Qeyd edək ki, Səyyarə Heydərova Suraxanı Rayon Məhkəməsinin qərarı ilə xuliqanlıqda təqsirləndirilərək 3 il şərti cəza alıb.
Previous Post

EMİN HÜSEYNOVUN MƏHKƏMƏ PROSESİ (23.04.2009)

Next Post

JURNALİSTLƏRƏ QARŞI İRƏLİ SÜRÜLƏN İDDİA YENİDƏN İCRAATA GÖTÜRÜLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.