JURNALİSTLƏRƏ QARŞI İRƏLİ SÜRÜLƏN İDDİA YENİDƏN İCRAATA GÖTÜRÜLMƏDİ

Bu gün (24 aprel) Nərimanov rayon Məhkəməsində hakim Sevinc Alıyevanın sədrliyi ilə vətəndaş İrina Hüseynovanın, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı və qəzetin əməkdaşı İntiqam Adiloğluna qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 147 və 148 maddələrinə əsasən xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə hazırlıq iclası keçirilib.

İclasda hakim S. Alıyeva, iddia ərizəsinin Azərbaycan Respublikası Cinayət Prossesual Məcəlləsinin (CPM) tələblərinə uyğun tərtib edilmədiyini bildirərək icraata götürməkdən imtina etdi.
Xatırladaq ki, iddiaya səbəb, “Xural” qəzetində dərc edilmiş “Ermənilər Bakıdan rədd olsun” başlıqlı məqalə olub. Belə ki vətəndaş İ. Hüseynova bu yazıda öz şərəf və ləyaqətinin təhqir edildiyini hesab edərək məhkəməyə müraciət etmişdir.
Onu da qeyd edək ki, iddiaçı İ. Hüseynova 14 aprel 2009-cu tarixində də eyni iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və iddia rədd edilmişdi.
Previous Post

SƏYYARƏ HEYDƏROVA ACLIQ AKSİYASINI DAYANDIRDIĞINI ELAN ETDİ

Next Post

ALİ MƏHKƏMƏ BAŞ REDAKTOR BARƏSİNDƏ ÇIXARILMIŞ QƏRARLARI QÜVVƏDƏ SAXLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.