Ş.Ağabəyli bildirdi ki, kampaniya çərçivəsində hər həftə bir qazimizi və ya şəhid ailəmizi ziyarət edəcək, onlara əlimizdən gələn maddi-mənəvi bütün dəstəyi göstərməyə çalışacaq, onların problemlərini və dərdlərini işıqlandıracağıq. “Çalışacağaıq ki, ziyarətlərimizdə ölkəmizin tanınmış ictima-siyasi xadimləri də bizimlə bərabər olsunlar və şəhid ailələri və qazilərimizin problemlərini öz gözlərilə görsünlər və dərdlərinə şərik olsunlar.”
Tədbirdə iştirak edən Azərbaycan Milli Demokrat Partiyasının sədr müavini Nurəddin Abbasoğlu bildirdi ki, bu cür kampaniyalar vətən yolunda qanından, canından keçmiş insanlarımıza mənəvi ruh yüksəkliyi aşılamaq üçün çox əhəmiyyətlidir.