“DİFFAMASİYA VƏ İFADƏ AZADLIĞI” MÖVZUSUNDA KEÇİRİLƏN KONFRANS İŞTİRAKÇILARININ TÖVSİYƏLƏRİ

Noyabrın 16-da Avropa Şurası və Mətbuat Şurasının birgə təşkil etdiyi “Azərbaycanda diffamasiya və ifadə azadlığı” mövzusunda keçirilən konfransda bir sıra tövsiyələr irəli sürülüb. Konfrans iştirakçıları hesab edir ki, dörd il əvvəl prezident tərəfindən tövsiyə olunan jurnalistlərə qarşı diffamasiyaya görə cinayət işlərinin qaldırılmaması təşəbbüsü dərhal tətbiq edilməli və maliyyə cəzaları mütənasib olmalıdır. Eyni ilə, mülki proseslərdə də kompensasiya mütənasib olmalıdır ki, ifadə və məlumat azadlığına çəkindirici təsir göstərməsin. Bundan əlavə konfrans iştirakçıları aşağıdakıları da tövsiyə ediblər:

– Avropa İnsan Hüquqları Məhkəməsinin praktikasına uyğun olaraq istər maddi-hüquqi, istərsə də prosessual qanunlarda və ya praktikada vəzifəli şəxslər üçün xüsusi müdafiə olmamalıdır;
– məhkəmə çəkişməsinin alternativi olan səmərəli həll vasitələri, məsələn, mediasiya, mətbuatda üzrxahlığın dərc edilməsi, səhvin düzəldilməsi və ya cavabın dərc edilməsi böhtan və təhqirə dair işlərdə həvəsləndirilməlidir ki, bu əsaslara görə məhkəmə iddialarının sayı azalsın;

– hakimlər, prokurorlar və vəkillər üçün İnsan Hüquqları Haqqında Avropa Konvensiyasına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna, habelə onun ölkədaxili səviyyədə tətbiqinə dair təlim fəaliyyətləri təşkil edilməlidir;

– media üçün könüllü davranış məcəllələri tərtib edilməli və onlara riayət edilməlidir;

– yerli səviyyədə dialoq da daxil olmaqla hakimlər, siyasətçilər və media işçiləri arasında dialoq həvəsləndirilməlidir ki, onlar qarşılıqlı surətdə öz vəzifə və məsuliyyətlərini daha yaxşı başa düşməyə təşviq edilsinlər və bununla da məhkəmə çəkişməsi riski azalsın;

– Azərbaycanın hakimiyyət orqanları diffamasiya ilə bağlı qanunvericilikdə islahat aparmaq üçün Avropa Şurası ilə əməkdaşlıq etməlidirlər. Media Avropa Şurası tərəfindən dəstəklənən təlimlər və digər fəaliyyətlər vasitəsilə məsuliyyətli jurnalistikanı təşviq etməyə dəvət olunur.

Previous Post

ŞAHİN AĞABƏYLİ “ŞƏHİD VƏ QAZİLƏRİMİZƏ SAHİB ÇIXAQ” KAMPANİYASININ TƏQDİMATINI KEÇİRDİ

Next Post

“HÜRRİYYƏT” QƏZETİNİN REDAKTORU OĞLUNUN HƏBSİ İLƏ ƏLAQƏDAR MƏTBUAT KONFRANSI KEÇİRİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.