PARLAYAN GUNƏŞ NƏŞRİYYATININ ƏMƏKDAŞLARI HƏBS EDİLİB

“Parlayan günəş” nəşriyyatının 3 əməkdaşı həbs olunaraq, 5 sutkamüddətinə həbs cəzasına məhkum edilib. Bu barədə musavat.com  saytı məlumat yayıb.

Məlumatda bildirilir ki,  iyunun 1-də Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsinin əməkdaşları nəşriyyatın direktoru Nurman Şahmərdanlını və digər əməkdaşlar Qabil Şahmərdanov və İsmayıl Süleymanovu həbs edib. Daha sonra ofisdə olan bütün kitab və komputerləri müsadirə ediblər. Səbəb kimi nəşriyyatın lisenziyasız işlədiyi və vergidən yayınması göstərilib.

Nəşriyyatın direktoru N. Şahmərdanlının atası Elman Şahmərdanlı RATİ-yə açıqlamasında bildirdi ki, dünən saat 6-da Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsinə getsə də, oğlu barədə məlumat öyrənə bilməyib:

“Növbətçi ancaq onu mənə dedi ki, 5 sutkalıq həbs müddəti bitdikdən sonra iş üzrə araşdırma aparılacaq”,  – deyə E. Şahmərdanov qeyd etdi.

Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsinin rəisi Rəfail Albabayev bu gün (5 iyun)  RATİ-yə bildirib ki, iyunun 2-də saxlanılanlar barədə Nizami rayon Məhkəməsi  5 sutkalıq həbs cəzası verib və hazırda nəşriyyatın əməkdaşları Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar.

Qeyd edək ki, 2009-cu ildən fəaliyyət göstərən “Parlayan günəş” indiyədək 30-dək kitab buraxıb. Əsasən dini kitablar çap edən nəşriyyat müsəlman alimlərinin əsərlərini tərcümə edib. Nəşriyyatın kitabları qanuni olub, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində lisenziyalaşdırılıb.

 

Previous Post

İNFORMASİYA ƏLDƏ OLUNMASI SAHƏSİNDƏ DURUM AĞIRLAŞIR

Next Post

TAĞI ƏHMƏDOV “AZADLIQ” QƏZETİNDƏN 200 MİN MANAT İSTƏYİR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.