“SİMURQ-M” TELEKANALI BORCUNU ÖDƏMƏK ÜÇÜN VAXT İSTƏDİ

Bu gün (10 fevral) 1 saylı Yerli İqtisad Məhkəməsində hakim Müseyib Bayramovun sədrliyi ilə Dövlət Radiotezliklər İdarəsinin “Simurq-M” Müstəqil Teleradio Şirkətinə qarşı borcların ödənməsinə dair qaldırdığı iddia üzrə məhkəmə prosesi keçirildi.

Məhkəmə prosesində iddiaçı tərəfdən səlahiyyətli nümayəndə qismində Musa Rəsulov, cavabdeh tərəfdən isə səlahiyyətli nümayəndə kimi Tural Şəkərov iştirak edirdi.
Prosesdə ilk çıxış edən “Simruq-M” Teleradio Şirkətinin nümayəndəsi T. Şəkərov Dövlət Radiotezliklər İdarəsinə borclu olduqlarını etiraf etdi və borcların ödənilməsi üçün müəyyən vaxt verilməsini istədi. T. Şəkərov onu da bildirdi ki, “Simurq-M” özəl telekanaldır və yayımlandığı ərazi kiçikdir. Lakin buna  baxmayaraq, digər ümumrespublika kanallarına tətbiq olunan tariflər onlara da tətbiq olunur.
Daha sonra çıxış edən Radiotezliklər İdarəsinin səlahiyyətli nümayəndəsi M. Rəsulov bildirdi ki, tarifləri Dövlət Radiotezliklər İdarəsi yox Tarif Şurası təsdiq edir.
Hakim M. Bayramov növbəti məhkəmə prosesini 17 fevral saat 14.00-a təyin etdi.
Qeyd edək ki, hakim məhkəmə prosesinin zalda quraşdırılmış kameralar vasitəsi ilə internetdə birbaşa yayımlandığını bildirsə də, RATİ-nin əməkdaşlarına prosesdə çəkiliş aparmasına icazə vermədi.
Previous Post

XARİCİ RADİOLARLA BAĞLI ABŞ-la AZƏRBAYCAN ARASINDA MÜZAKİRƏLƏRƏ BAŞLANILIB

Next Post

“TƏLƏBƏLƏRİN BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI” ARAŞDIRMALARININ YEKUNLARINI AÇIQLADI

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.