“TƏLƏBƏLƏRİN BEYNƏLXALQ ƏMƏKDAŞLIĞI” ARAŞDIRMALARININ YEKUNLARINI AÇIQLADI

 Bu gün (10 fevral) Reportyorların Azadlıq və Təhküləsizlik İnstitunun (RATİ) mətbuat mərkəzində Tələbələrin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin “Ali məktəblərdə təhsilin vəziyyəti”nə dair apardığı araşdırmaların nəticələri ilə bağlı mətbuat konfransı keçirildi.

“Tələbələrin Beynəlxalq Əməkdaşlığı”nın sədri Elnur Məmmədov bildirdi ki, 2008-ci ilin oktyabrından başlayan araşdırmalar zamanı xeyli qanun pozuntuları aşkar olunub: “Biz bununla əlaqədar Təhsil Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət etmişik. Lakin bu problemlərə biganə yanaşılması onu göstərir ki, əslində bu qurumlar hər şeydən xəbərdardır və bilərəkdən qanun pozuntularına göz yumurlar. Çünki Təhsil Nazirliyinin bu məsələlərdə öz maraqları var. Nazirliyin nəzdində fəaliyyət göstərən “qaynar xətt” isə ictimaiyyəti aldatmaq məqsədilə yaradılıb”.
 Təhsil Nazirliyində fəaliyyət göstərən “Qaynar xətt”in nümayəndəsi Rüstəm Əliyev isə səslənən fikirlərlə razılaşmadığını bildirdi:
 “Müraciətlərin əksəriyyəti anonim olur və bunu araşdırmaq mümkün olmur. Həm də biz yalnız daxil olan müraciətlərin qeydiyyatını aparıb “yuxarı” təqdim edirik”.
Xatırladaq ki, “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyi 2008-ci ilin oktyabrından “Ali məktəblərdə təhsilin vəziyyəti” ilə bağlı araşdırmalara başlayıb. Bu sahədə müşahidə olunan neqativ halların araşdırılması və aradan qaldırılması istiqamətində bir sıra tədbirlər həyata keçirib.
Təşkilatın digər mətbuat mərkəzlərində müəyyən olunmuş qiyməti ödəməyə maddi imkanı çatmadığından, RATİ-yə müraciət etmiş və tədbirin keçirilməsinə icazə verilmişdir.  
Previous Post

“SİMURQ-M” TELEKANALI BORCUNU ÖDƏMƏK ÜÇÜN VAXT İSTƏDİ

Next Post

VƏKİL İSAXAN AŞUROVUN APELLYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.