“DEMOKRATİYA NAMİNƏ MUSİQİ” KAMPANİYASI AVROPA MEDİASINDA

    Martın 7-dən 15-ə kimi “Demokratiya naminə musiqi” kampaniyasının koordinatoru Rəsul Cəfərov Almaniyada və Avstriyada jurnalistlər, hüquq müdafiəçiləri, siyasətçilər və ekspertlərlə görüşlər keçirərək Azərbaycanda insan haqları məsələlərini müzakirə etmişdir.

Görüşlərdə Avroviziya-2012 yarışması ərəfəsində və dövründə, o cümlədən yarışmadan sonra Azərbaycanda insan haqları ilə bağlı vəziyyətin yaxşılaşdırılma mexanizmləri və təkliflər müzakirə edilmiş, yeni kampaniyalar haqqında fikir mübadiləsi aparılmış və jurnalistlərə açıqlamalar verilmişdir. Martın 9-da Almaniya Sərhədsiz Reportyorlar Təşkilatının təşəbbüsü ilə alman jurnalistləri üçün Cəfərov və Almaniyanın Ombudsmanı Markus Löninq tərəfindən birgə mətbuat konfransı keçirilmişdir. Tədbirdə alman jurnalistlərlə yanaşı, Azərbaycandan olan bir neçə hökumətyönlü jurnalist də (Azərtac, Trend.az, day.az və s.) iştirak etmişdir.
    Martın 12-də Cəfərov Avstiyalı siyasətçilər Ulrike Lunaçek və Marko Şröder ilə birlikdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilovla da görüşmüşdür.

    Almaniyada mediasındakı materiallarla aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:

    http://www.dradio.de/aodflash/player.php?station=3&broadcast=348687&playtime=1331564956&fileid=4b68ab4b&/

http://taz.de/European-Song-Contest-in-Aserbaidschan/!89427/

http://www.sueddeutsche.de/E5238M/512640/Guter-Ueberblick.html

http://www.n-tv.de/politik/Die-Regierung-ist-wirklich-wuetend-article5717391.html

http://www.derwesten.de/nachrichten/journalisten-kritisieren-verletzung-der-pressefreiheit-in-baku-id6445349.html

Previous Post

VİDADİ İSGƏNDƏROVUN MƏHKƏMƏDƏ İŞTİRAKI TƏMİN EDİLDİ

Next Post

ELANLAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.