MƏHBUS JURNALİSTLƏRİN VƏZİYYƏTİ BRÜSSELDƏ DƏ MÜZAKİRƏ OLUNUB

Brüsseldə səfərdə olan Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin (AMİK) üzvləri Arzu Abdullayeva, Sabit Bağırov, Rəşid Hacılı və Yaşar Zeynalov Avropa Birliyinin İnsan Haqları Komissiyası və Cənubi Qafqaz üzrə təmsilçisi Cozeffi Busini ilə görüşüblər.

Bu barədə “Yeni Müsavat”a məlumat verən Arzu Abdullayevanın sözlərinə görə, görüşlərdə həbs olunmuş jurnalistlərin vəziyyəti, eləcə də Cənubi Qafqazda baş verən hadisələr əsas müzakirə mövzusu olub: “Biz İnsan Haqları Komissiyasının nümayəndəsi Rafael Fişerlə görüşəndə həbs olunmuş jurnalistlərin problemlərindən danışdıq. Hətta ”Talışi Sədo" qəzetinin baş redaktoru Novruzəli Məmmədovun da həbsi məsələsinə toxunduq ".
Previous Post

DİPLOMATİK KORPUS NÜMAYƏNDƏLƏRİ EYNULLA FƏTULLAYEVLƏ GÖRÜŞÜBLƏR

Next Post

HƏYAT YOLDAŞI MİRZƏ SAKİTƏ BAŞ ÇƏKİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.