DEFAMASİYA HAQQINDA QANUN LAYİHƏSİ PARLAMENTƏ TƏQDİM OLUNUB

Dünən  (13 oktyabr) Azərbaycan Media Mərkəzində “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev konfrans keçirdi.

O, jurnalistlərə məlumat verdi ki, “Defamasiya haqqında qanun” layihəsi hazırlanaraq parlamentə təqdim edilib. “18 maddə, 3 fəsildən ibarət qanunda böhtan və təhqirə görə cinayət məsuliyyəti nəzərdə tutulan maddələrin ləğv olunması nəzərdə tutulub. Layihə 6 təşkilat – Demokratik Jurnalistlər Liqası,  Azərbaycan Jurnalistlər Birliyi, Jurnalist və İnkişaf Mərkəzi, N. Nəcəfov fondu, Azərbaycan Media Mərkəzi və “Yeni Nəsil” jurnalistlər birliyi tərəfindən hazırlanıb” – deyə Arif Əliyev qeyd etdi.
Previous Post

TELEKANALLARDAKI VƏZİYYƏT MÜZAKİRƏ OLUNUB

Next Post

“AZADLIQ” VƏ “YENİ MÜSAVAT” QƏZETLƏRİ BARIŞDILAR

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.