ARDNŞ PREZİDENTİ JURNALİST İDRAK ABBASOVU “ƏLİNDƏ FAKTLARIN OLMASI” İLƏ ŞANTAJ EDİR

Azərbaycan  Dövlət Neft Şirkətinin Prezidenti Rövnəq Abdullayev  jurnalist İdrak Abbasova qarşı əllərində  faktların olduğunu və bunu açıqlayacaqlarını deyib. Bunu  Londona səfəri zamanı o BBC Azərbaycancana müsahibəsində deyib.  “Jurnalisti  döyən Neft Şirkəti işçisinə qarşı niyə heç bir tədbir görülmür" sualına cavabında R.Abdullayev jurnalisti Sulutəpədə "alverlə məşğul olmaqda" ittiham edib. O ciddi cəhdlə İ.Abbasovun təxribatla məşğul olduğu və döyüldüyü ərazidə jurnalist fəaliyyəti ilə məşğul olmadığını sübut etməyə çalışıb.

O, Abbasovu döyən Neft Şirkəti işçisinin vəzifə səlahiyyətlərini aşdığını etiraf etsə də, video müsahibədə ona qarşı tədbirlər barədə sualdan yayınıb. Ancaq müsahibədən sonra R.Abdullayev BBC Azərbaycanca müxbirinə  şirkətlə əlaqə saxladığını, İdrak Abbasova qarşı zorakılıq edən şirkət işçisinin işdən çıxarıldığını bildirib.

Jurnalist İ.Abbasov isə R.Abdullayevin dediklərini şantaj və böhtan adlandırdı. “O məni həm hansısa qanunsuz qruplarla əlbirlikdə ittiham edir, həm təhqir edir və şantajdan da əl çəkmir. Əminəm ki əllərində mənə qarşı hər hansı bir fakt olsaydısa bunu çoxdan hakimiyyətin nəzarətində olan telekanallarda gündə 10 dəfə göstərərdilər”.
Yeri gəlmişkən qeyd edək ki, ARDNŞ əməkdaşları tərəfindən 2012-ci il aprelin 18-də qəddarlıqla döyülən İ.Abbasov həmin zaman aldığı travmaların nəticəsi olaraq bu günlərdə cərrahiyə əməliyyatı olunub və hazırda müalicəsini davam edir.
Xatırladaq ki, uzərində “Press” yazısı olan fərqləndirici jilet geyinmiş jurnalist ARDNŞ əməkdaşları və neft şirkəti tərəfindən onun torpaq sahələrini ələ keçirməkdə təqsirləndirilən yerli sakinlər arasında qarşıdurmanın video çəkilişini həyata keçirərkən qəddarlıqla döyülüb. İdrakın qabırğaları sındırılıb, kəllə-beyin travması alıb, gözü və daxili orqanları zədələnib.

Previous Post

ƏVƏZ ZEYNALLI PROKURORUN SUALLARINI CAVABLANDIRIB

Next Post

ELEKTRON HÖKUMƏTİ NECƏ EFFEKTİV ETMƏLİ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.