ƏSGƏR JURNALİSTİ DÖYDÜ

Müstəqil jurnalist Zümrüd Məmmədova respublika hərbi prokurorluğu qarşısında peşə fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalıb. Bu barədə RATİ-yə Z.Məmmədovanın özü məlumat verib.

“Dünən əsgərin anası İradə İbayeva hərbi prokuror Xanlar Vəliyevin qəbuluna düşmək üçün müraciət edib, amma ona icazə verilməyib, nəticədə əsgər anası kobudluqla üzləşib. Mən baş verən hadisəni telefonla çəkməyə başladım. Elə bu zaman prokurorluğun binasından çıxan bir əsgər üstümə şığıyaraq mənə zərbələr endirdi və telefonumu almağa çalışdı. O ayağıma təpilə vurmağa başlayanda oradan keçən şəxslər və əsgərin valideynləri köməyimə gəldilər. Nəticədə əsgər qaçıb binaya daxil oldu”, – deyə jurnalist qeyd etdi.
 Z. Məmmədova məsələ ilə bağlı DİN-in  qaynar xətti olan  “102” xidmətinə də məlumat verildiyini dedi:
    “Onlar hadisə yerinə gəldilər, ərizəmi almaq üçün məni polisə dəvət etdilər. Mən aldığım xəsarətlə bağlı tibbi ekspertizadan da keçdim, nəticəsini gözləyirəm”.    

Previous Post

İCAZƏSİZ AKSİYALARIN CƏRİMƏLƏRİ ARTIRILIR

Next Post

HƏBSDƏKİ JURNALİSTLƏRİN ZORAKILIĞA MƏRUZ QALMALARI BARƏDƏ MƏLUMATLARLA BAĞLI BAŞ PROKURORLUQ BƏYA

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.