ƏSGƏR “GÜNDƏLİK BAKI” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB

 “Gündəlik Bakı” qəzeti Müdafiə Nazirliyinin Mənzil İstismar Xidməti Bölüyündə xidmət keçən əsgər Mürsəlov Fərdi tərəfindən məhkəməyə verilib.

Buna səbəb qəzetin 8 aprel 2008-ci il tarixindəki sayında gedən “Mehman Hacalıyevin qanunsuz əməlləri” başlıqlı yazıda guya F. Mürsəlova qarşı böhtan xarakterli məlumatların dərc olunması göstərilir. İddiaya görə əsgər F. Mürsəlov və onun valideynləri bu yazını oxuduqdan sonra narahat olub və bundan sonra bu addımı atmağa qərar veriblər. Bu barədə RATİ-yə “Gündəlik Bakı” qəzetinin şef-redaktoru Ədil Hüseynli məlumat verib. Onun sözlərinə görə, həmən yazıda heç bir şər və ya böhtan yoxdur:
 “Sadəcə olaraq həmin məqalədə bildirilib ki, Müdafiə Nazirliyi Mənzil İstismar Xidməti Bölüyünün rəisi Mehman Hacalıyev rüşvət müqabilində Fərid Mürsəlovu hərbi xidmət keçmək üçün həmin bölüyə salıb”, – deyə qeyd edən  Ə.Hüseynli bu hadisəni Müdafiə Nazirliyinin qəzetə qarşı təzyiqi kimi qiymətləndirir:
”Əsgər Fərid Mürsəlovdan bu oyunda istifadə edirlər. Lakin bunun arxasında birbaşa nazir Səfər Əbiyevin və yaxud Mehman Hacalıyevin durması bizə məlum deyil”, – deyə o vurğuladı.
Xatırladaq ki, bu işə 30 aprel saat 10:30 tarixində Yasamal rayon Məhkəməsində hakim Xəqani Tağıyevin sədrliyi ilə baxılacaq.

Previous Post

SAMİR SƏDAQƏTOĞLU BU GÜN YENİDƏN POLİS İDARƏSİNDƏ OLUB

Next Post

“LIDER” TELEKANALI İLƏ BAĞLI AVROPA ŞURASINA MÜRACİƏT EDİLİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.