SAMİR SƏDAQƏTOĞLU BU GÜN YENİDƏN POLİS İDARƏSİNDƏ OLUB

Dünən (23 aprel) günün ikinci yarısında Lənkəran Şəhər Polis İdarəsinə çağırılan "Sənət qəzeti"nin baş redaktoru Samir Sədaqətoğlu bu gün (24 aprel) yenidən polisə dəvət edilib. Bu haqda məlumatı RATİ-yə jurnalistin özü verib.

 “Müstəntiq Fuad Əliyev idarədə olmadığından mən rəis İlham Hüseynovla görüşdüm. Hüseynov mənim polisə çağırılmağımda hər hansı problemin olmadığını deyib məsələnin həll olunacağını bildirdi”, – deyə o qeyd etdi.
Qeyd edək ki, dünən jurnalist Lənkəran Şəhər Polis İdarəsinə çağırılmışdı. İdarədən ona bildirmişdilər ki, S.Sədaqətoğlu ilə bağlı şikayət daxil olub. İdarədə şikayət ərizəsini tələb edən jurnalistə isə bildirmişdilər ki, onunla bağlı heç bir şikayət ərizəsi daxil olmayıb, sadəcə polisə verilmiş izahatların birində onun adı çəkilib.

Previous Post

MTRŞ “AQO” QRUPUNUN İDDİALARI İLƏ RAZI DEYİL

Next Post

ƏSGƏR “GÜNDƏLİK BAKI” QƏZETİNİ MƏHKƏMƏYƏ VERİB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Start typing to see posts you are looking for.